"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə həmkarlar təşkilatı: “Görülən tədbirlər nəticəsində qeyri-qanuni işdən çıxarmaların qarşısı alınmışdır”

--2020-04-16 / 12:09

Cari ilin birinci rübü ərzində Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Respublika Komitəsinə bələdiyyə sədri və bələdiyyə qulluqçuları tərəfindən göndərilən çoxsaylı müraciətlərə cavablar verilmişdir.

2020-ci ilin yanvar-fevral aylarında bələdiyyə qulluqçuları tərəfindən olan şikayətlər əsasən yeni seçilmiş sədrlər tərəfindən əmək müqavilələrinin qeyri-qanuni ləğv edilməsi ilə bağlı olmuşdur. Tərəfimizdən görülən tədbirlər nəticəsində qanunvericiliyin tələbləri aidiyyatı şəxslərin nəzərlərinə çatdırılmaqla qeyri-qanuni işdən çıxarmaların qarşısı alınmışdır.

Bələdiyyə sədrləri tərəfindən edilən müraciətlər əsasən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi və ödənişsiz məzuniyyətlərin verilməsi ilə bağlı olmuşdur. Daxil olan müraciətlər hərtərəfli cavablandırılmışdır.

Azərbaycanda xüsusi karantin rejimi elan olunması, pandemiya dövründə əmək müqavilələrinin ləğv edilməsinə qoyulan moratorium Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərarları elektron poçt vasitəsi ilə bələdiyyələrə çatdırılmışdır.

Yeni növ koronavirus infeksiyasının yayılması ilə əlaqədar işçilərin işdə saxlanılması, onlara əmək haqqı ödənilməsi əksər bələdiyyələrin imkanı xaricində olduğunu nəzərə alaraq dövlət tərəfindən ayrılması planlaşdırılan dotasiyanın aprel ayında verilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Naziri S. şərifova müraciət edilmişdir.

əlavə olaraq bildiririk ki, bu gün respublika bələdiyyələrində mövcud maliyyə problemləri həmkarlar təşkilatlarından yan keçmir. Bələdiyyə həmkarlarının fəaliyyəti bələdiyyələrin maliyyə vəziyyətindən bir başa asılıdır.     

Bütün çətinliklərə baxmayaraq Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı yerli özünüidarıetmə orqanlarında çalışan işçilərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə çalışır.

M.Kərimov

Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqının Respublika Komitəsin hüquq müfəttişi

ŞƏRHLƏR